• Bakı 17° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Zelenski Sandu ilə görüşdü

DÜNYA

16 May 2025 | 22:55

Zelenski Sandu ilə görüşdü

Ukrayna lideri Volodimir Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin "Telegram" kanalında bildirilib. Görüşdə Ukraynada davamlı sülhə nail olmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək üçün addımlar müzakirə edilib.

"Ukrayna üçün indi prioritet ən azı 30 gün ərzində tam atəşkəsdir. Bu, diplomatiya üçün əsas yaratmalıdır", - məlumatda deyilir.

İki ölkə lideri həmçinin enerji təhlükəsizliyi, Avropaya inteqrasiya, Avropada seçkilərin nəticələrinin siyasi proseslərə təsiri və “Rusiya üçün hibrid təhdidləri” müzakirə ediblər.

Zelenski Sanduya Ukraynaya verdiyi dəstəyə və Avropaya inteqrasiya prosesində Kiyevə kömək etmək istəyinə görə təşəkkür edib.


SON XƏBƏRLƏR

16 May 2025