Məşhur UFC ulduzları Bakıya gələcək.
Bakıvaxtı.az xəbər verir ki, UFC-nin Şöhrət zalının üzvü və keçmiş orta çəki çempionu Maykl Bisping təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.
Maykl Bisping, Brendon Fitzcerald və Pol Felder 21 iyun tarixində Baku Crystal Hall-da baş tutacaq bu möhtəşəm UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.
Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brus Baffer turnirin oktaqon aparıcısı olacaq.
Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq.
Gecənin co-main eventi isə Azərbaycan təmsilçisi Rafael Fiziev ilə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək döyüş olacaq.