Qəzzada ölənlərin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son 24 saatda İsrailin hücumları nəticəsində 108 nəfərin həyatını itirib, 216 nəfərin isə yaralanıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən hücumlarına başladığından bu yana ümumi can itkisinin 53 min 119 nəfərə, yaralı sayının isə 120 min 214 nəfərə yüksəldiyi qeyd edilib.
Nuriyyə Musayeva