• Bakı 15° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Səyyad Aran: "Plastik cərrahlar üçün vahid mərkəz yaradılsın"

SİYASƏT

16 May 2025 | 13:55

Səyyad Aran: Plastik cərrahlar üçün vahid mərkəz yaradılsın

"Plastik cərrahlar üçün vahid mərkəz yaradılsın".

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı plastik cərrahiyə sahəsində sistemli yanaşmanın vacibliyini vurğulayıb.

Deputat bildirib ki, hər bir səhv insan faktorudur və həkim də səhv edə bilər. Lakin belə hallarda digər həkimlərin dərhal müdaxilə edə bilməsi üçün uyğun şərait yaradılmalıdır:

"Hazırda hər kəs fərqli yerlərdə əməliyyatlar aparır. Vətəndaş isə hara müraciət edəcəyini bilmir. Bu sahədə sistemli yanaşmaya ehtiyac var. Bir mərkəz yaradılsın və plastik cərrahlar məhz orada fəaliyyət göstərsinlər".

Səyyad Salahlı qeyd edib ki, ona daxil olan müraciətlərdən biri ciddi narahatlıq doğurub:

"Qəhrəmanova Sara və Vəliyev Fərhad adlı vətəndaşlar müraciət edib və bildiriblər ki, Ülviyyə İlyasova adlı şəxs onların övladını əməliyyat edib. Əməliyyatdan sonra komaya düşən şəxsi evə apararaq orada kömək göstərmək istəyib. Nəticədə 2 uşaq anası olan qadın həyatını itirib".

Millət vəkilinin sözlərinə görə, şikayətçilər iddia edir ki, əməliyyatı həyata keçirən Ülviyyə İlyasovanın heç bir tibb təhsili yoxdur və yalnız 9-cu sinfi bitirib

"Hazırda isə o, Qurbanova soyadı ilə kosmetoloq kimi gizli fəaliyyət göstərir".

Mina Mikayılova


SON XƏBƏRLƏR