• Bakı 15° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb

CƏMİYYƏT

16 May 2025 | 14:14

Tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlanıb

Səhiyyə Nazirliyi tərəfindən tibb işçilərinin bilik və bacarıqlarının artırılmasını hədəfləyən yeni qanunvericilik təşəbbüsü hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında səhiyyə naziri Teymur Musayev bəyan edib.

Nazirin sözlərinə görə, layihəyə əsasən, həkimlər və tibb işçiləri iki alternativ yoldan birini seçə biləcəklər: ya beş il ərzində hər il 50 kredit olmaqla ümumilikdə 250 kredit toplayaraq davamlı peşəkar inkişaf yolunu seçə, ya da mütəmadi olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər.

Teymur Musayev qeyd edib ki, imtahandan keçməyən tibb işçisi üçün altı ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq. Bu müddət ərzində həmin şəxs biliklərini təkmilləşdirmək üçün təkrar hazırlığa cəlb olunacaq.

Nazir əlavə edib ki, davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti nəticəsində toplana bilər. Həmçinin iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və Nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.

Hazırda bu istiqamətdə iki əsas normativ sənədin — “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentlərinə dair tələblərin layihələri üzərində işlər davam etdirilir.

Mina Mikayılova


SON XƏBƏRLƏR