• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

CƏMİYYƏT

16 Aprel 2025 | 14:56

Əvəz Zeynallının azadlığa buraxılması ilə bağlı vəsatət icraata götürüldü

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının xəstəliyi ilə bağlı cəzasının qalan hissəsindən azad olunması üçün məhkəməyə müraciət edilib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, vəsatət Nizami rayon Məhkəməsində icraata verilib.

    Vəsatətə hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.

    Qeyd edək ki, bir qədər əvvəl Əvəz Zeynallıya xərçəng diaqnozu qoyulması barədə məlumat yayılıb. Bununla bağlı onun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciət olunub.

    Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ilə ittiham olunan Əvəz Zeynallı Bakı Ağlr Cinayətlər Məhkəməsin hökmünə əsasən, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Ali Məhkəmə Əvəz Zeynallının şikayətini qismən təmin edərək cəzanı 2 ay azaldıb.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025