• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatı keçirilir

CƏMİYYƏT

17 Mart 2025 | 15:16

“Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatı keçirilir

Dövlət İmtahan Mərkəzinin hazırladığı “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatı keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, dilşünas alimlər, ali təhsil müəssisələrinin professor-müəllim heyəti və digər rəsmi qonaqlar iştirak edirlər.

Tədbirdə imtahanın onlayn platforması nümayiş etdiriləcək. 

Həmçinin imtahanın məzmunu, proqramı və qiymətləndirmə meyarları təqdim olunacaq. 

Qeyd edək ki, bu sertifikasiya imtahanı ölkəmizdə ilk dəfə tətbiq olunur və Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Mina Mikayılova


SON XƏBƏRLƏR