• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycanda problemli kreditlərin məbləği AÇIQLANDI

İQTİSADİYYAT

17 Mart 2025 | 17:10

Azərbaycanda problemli kreditlərin məbləği AÇIQLANDI

2025-ci il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 29325,3 milyon manat təşkil edib, onun 24448,2 milyon manatı uzunmüddətli kreditlər olub.

Bakıvaxtı.az
xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,6 faizini təşkil edib. 2025-ci il  1 fevral vəziyyətinə ödəmə vaxtı keçmiş kreditlərin məbləği 4 75,1 milyon manat olub.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il fevral ayının 1-nə 14698,7 milyon manat olub.

2025-ci ilin yanvar-fevral aylarında milli valyutanın  1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata,  1 Avroya – 1,77 manata, 100 Türk lirəsinə – 4,75 manata, 100 Rusiya rubluna – 1,75 manata bərabər olub.


SON XƏBƏRLƏR