• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycan bəzi Avropa ölkələri ilə dəniz sahəsində əməkdaşlıq memorandumları imzalayacaq

CƏMİYYƏT

17 Mart 2025 | 14:56

Azərbaycan bəzi Avropa ölkələri ilə dəniz sahəsində əməkdaşlıq memorandumları imzalayacaq

Azərbaycan müxtəlif bayraqlar altında üzən gəmilərdə azərbaycanlı dənizçilərin, həm də bu ölkələrin dənizçilərinin Azərbaycanda maneəsiz işləməsini təmin etməsi üçün Oolşa, Xorvatiya, Almaniya və Latviya ilə əməkdaşlıq haqqında memorandumlar imzalamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin dövlətlərarası əlaqələr şöbəsinin müdiri Xatirə Mehdiyeva Bakıda keçirilən “Azərbaycan – transkontinental meqa marşrutların “Şərq-Qərb” və “Şimal-Cənub” kəsişmə nöqtəsində” mövzusunda keçirilən dəyirmi masada bildirib.

X. Mehdiyevanın sözlərinə görə, son iki il ərzində Azərbaycan dənizçilik sahəsində müxtəlif ölkələrlə - Yaxın Şərq və Uzaq Şərq ölkələrindən tutmuş Avropa tərəfdaşlarına qədər bir sıra anlaşma memorandumları imzalayıb.

"Bundan əlavə, beynəlxalq konvensiyalara uyğun olaraq dənizçilərin diplomlarının qarşılıqlı tanınması haqqında xüsusi sazişlərimiz var. Bu sənədlər həm bizim dənizçilərimizə, həm də xarici mütəxəssislərə müxtəlif bayraqlar altında üzən gəmilərdə maneəsiz işləməyə imkan verir. Bu kontekstdə biz artıq Koreya, Serbiya və Qazaxıstanla memorandumlar imzalamışıq", - o qeyd edib.

X.Mehtiyeva vurğulayıb ki, hazırda Polşa, Xorvatiya, Almaniya və Latviya ilə oxşar sazişlərin imzalanması üçün daxili dövlət prosedurları həyata keçirilir.

"Diqqətəlayiq haldır ki, məhz bu ölkələr özləri memorandumların imzalanması təşəbbüsü ilə çıxış ediblər ki, bu da Azərbaycanın bu sahədə artan əhəmiyyətindən xəbər verir", - deyə o əlavə edib.


SON XƏBƏRLƏR