• Bakı 11° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

DİN: Hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülür - YENİLƏNİB

CƏMİYYƏT

16 Aprel 2025 | 13:57

DİN: Hava şəraiti ilə əlaqədar zəruri təhlükəsizlik tədbirləri görülür - YENİLƏNİB

Polis əməkdaşları hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə zəruri işlər görülür.

Bakıvaxtı.az xəbər verir ki, köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

***

11:07

Polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir. Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Digər dövlət orqanları ilə birgə gecə saatlarından təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025