• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Zərdabda şəhid Abuzər Abbasov defn edilib - YENİLƏNİB

CƏMİYYƏT

16 May 2025 | 13:26

Zərdabda şəhid Abuzər Abbasov defn edilib - YENİLƏNİB

Avropa Şurasının (AŞ) baş katibi Alen Berse yaxın zamanda Azərbaycan və Ermənistan rəhbərliyi ilə sülh sazişi məsələsi ilə bağlı danışıqlar aparmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, o, bunu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Cənubi Qafqazda vəziyyətin inkişafını izləyir.

Berse hər iki ölkə ilə fəal şəkildə əlaqə saxladığını və bu yaxınlarda Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.

"Bakı və İrəvan arasında sülh danışıqları böyük əhəmiyyət kəsb edir. Gələn ay həm Ermənistan, həm də Azərbaycanla danışıqlar aparmağı planlaşdırıram. Regionda davamlı sabitlik üçün ən yaxşı həllərə nail olmaq məqsədilə birlikdə işləməliyik", - o qeyd edib.

***

12:42

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Abuzər Tənzil oğlu Abbasovun meyitinin qalıqları Zərdab rayonuna gətirilib.

Bakıvaxtı.az xəbər verir ki, şəhidin nəşi rayonun Yuxarı Seyidlər kəndində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Abuzər Tənzil oğlu Abbasov 1972-ci il oktyabrın 8-də Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. O, 1994-cü il yanvarın 26-da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb.

A.Abbasov Yuxarı Seyidlər kənd qəbiristanlığında dəfn olunacaq.


SON XƏBƏRLƏR