• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Almaniya Prezidenti Azərbaycana gəlir 

SİYASƏT

17 Mart 2025 | 13:57

Almaniya Prezidenti Azərbaycana gəlir 

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Almaniya Prezidentİnin mətbuat xidməti məlumat yayıb.

Onu səfərdə xanımı Elke Büdenbender müşayiət edəcək. Ştaynmayer, həmçinin Ermənistana da gedəcək. Regional səfər martın 30-dan aprelin 2-dək davam edəcək.

Qeyd edək ki, bu Ştaynmayerin Azərbaycana ilk səfəridir. Ştaynmayer İrəvanda Ermənistan Prezidenti Vahaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək. O, həmçinin “TUMO” İT tədris mərkəzinə baş çəkəcək və mədəni qəbulda iştirak edəcək.

Almaniya Prezidenti Ermənistanda ikinci günündə Dilicana səfər edəcək, həmçinin Göyçə gölünə baş çəkəcək.

Federal prezident Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bakının tarixi mərkəzinə baş çəkəcək, xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq. O, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı müzakirələrdə iştirak edəcək.


SON XƏBƏRLƏR