• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Kamal Abdulla: “Qəbul imtahanlarında dil ilə nitqin nəzəri məsələlərinin qoyulmasına ehtiyac var”

CƏMİYYƏT

17 Mart 2025 | 16:28

Kamal Abdulla: “Qəbul imtahanlarında dil ilə nitqin nəzəri məsələlərinin qoyulmasına ehtiyac var”

“Qəbul imtahanlarında dil ilə nitqin nəzəri məsələlərinin qoyulmasına ehtiyac var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında Azərbaycan Respublikasının xalq yazıçısı Kamal Abdulla deyib.

Xalq yazıçısı söyləyib ki, eyni sualı müxtəlif variantlarda verməklə insanları yeni bir şeyə hazırlaşdırırmış kimi fikir formalaşdırmaq lazım deyil:

“Eyni sual 10 dəfə, 100 dəfə verilməməlidir. Təzə gələn nəsil “Mübtəda nədir?” sualına cavab verməlidir. Sistem niyə görə “bu məndən bu sualda nə istəyir?” düşüncəsi ilə şagirdi labirintə salır?”

K.Abdulla qeyd edib ki, bir insan Azərbaycan dilini öyrənəndə dilin danışığı ilə, nitqi ilə də bağlı müəyyən təsəvvürlərə malik olmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR