• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Bu imtahan da rəqəmsal şəkildə keçiriləcək

CƏMİYYƏT

17 Mart 2025 | 17:12

Bu imtahan da rəqəmsal şəkildə keçiriləcək

“Bizim elektron korpusumuzda hər gün rəqəmsal formatda müxtəlif imtahanlar tətbiq olunur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, Azərbaycan dili (dövlət dili) kimi imtahan var ki, bu il sözügedən imtahan kağız daşıyıcılarında olacaq.

“Amma gələcəkdə bu imtahanı rəqəmsal şəkildə keçirməyi nəzərdə tuturuq. Addım-addım bütün dövlət qulluğuna qəbul imtahanları artıq elektron imtahanlardır. Bu siyahıda imtahanların sayını çoxaldacayıq”.

Mina Mikayılova


SON XƏBƏRLƏR