Şərur rayonunun bir sıra kəndlərində sabah qaz təchizatında fasilə yaranacaq.
Bakıvaxtı.az xəbər verir ki, 159 mm boruya keçid verilməsi ilə əlaqədar Şərur rayonu Oğlanqala, Dizə, Mahmudkənd, Cəlilkənd, Zeyvə və Düdəngə kəndlərində aprelin 17-də saat 09:30 dan 17:00 dək qaz təchizatı müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.