• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirilib

CƏMİYYƏT

16 Aprel 2025 | 16:20

Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirilib

"Bizdən çox soruşulur ki, nə vaxt Qarabağa sərnişin qatarlarını buraxa biləcəyik. Cavab odur ki, həm Bərdə-Ağdam, həm də Horadiz-Ağbənd layihələrinin daha öncəki hissələri əsaslı təmir olunmalıdır ki, biz ora təhlükəsiz şəkildə yüksək sürətlə sərnişin qatarlarını buraxa bilək".

Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.

“Bunun üçün həm də Osmanlı-İmişli-Horadiz dəmir yolu xətti və Yevlax-Bərdə dəmir yolu xətti bərpa olunmalıdır. Çünki digər xətlər təmir edilsə də, bu xətlərin vəziyyəti bizə ora sürətli qatar buraxmağa imkan vermir. Bunların layihələri hazırdır. Vəsait ayrılacağı təqdirdə onların tikintisinə davam edəcəyik”, - deyə T.Abbaslı qeyd edib.


SON XƏBƏRLƏR

18 Aprel 2025