Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 73-cü kilometrliyində leysan xarakterli yağış səbəbindən acınacaqlı vəziyyət yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Yağan yağış yolda avtomobillərə çətinlik yaradıb.
Sözügedən görütüləri təqdim edirik:
Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib: “Hazırda ölkə ərazisində leysan xarakterli yağan yağış səbəbindən dağlıq ərazidən axıb gələn su kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobili yolunun 73-cü kilometrliyində yolun bir hissəsini su basıb. Bununla əlaqədar olaraq hər iki istiqamətdə nəqliyyatın hərəkəti qısa müddətdə məhdudlaşdırılıb.
Həmin ərazidə nəqliyyatın axını ödənişli yola yönəldilib. Hazırda əraziyə aidiyyəti qurumlarla birgə texnikalar cəlb olunub. Yol Patrul Xidmətinin əməkdaşları ilə birgə hərəkətin tənzinlənməsi istiqamətində zəruri tədbirlər görülür”.