• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycanda aqrar sektor 2 % böyüyüb

İQTİSADİYYAT

17 Mart 2025 | 15:09

Azərbaycanda aqrar sektor 2 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 1 milyard 61 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 14 % artaraq 55,9 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 % artaraq 1 milyard 6 milyon manata çatıb.

Azərbaycanın əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Martın 1-nə kimi 57,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 11 min hektar sahədə dənli və dənli paxlalı bitkilər, 10 min hektar sahədə kartof, 11,8 min hektar sahədə tərəvəz, 0,1 min hektar sahədə bostan bitkiləri, 0,3 min hektar sahədə şəkər çuğunduru, 44,0 hektar sahədə dən üçün günəbaxan və 23,9 min hektar sahədə yemlik bitkilər əkilib.

2 ay ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 91,2 min ton ət, 322,7 min ton süd, 374,5 milyon ədəd yumurta istehsal edilib, 1 il əvvələ nisbətən ət istehsalı 2,4 % yumurta istehsalı 1,8 % artıb, süd istehsalı isə 0,5 % azalıb.


SON XƏBƏRLƏR