ABŞ nümayəndələri Ukrayna münaqişəsi kontekstində Rusiya üzrə beynəlxalq araşdırma qrupundan çıxmaq qərarına gəliblər.
Bakıvaxtı.az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu qərar ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna münaqişəsinə yanaşmasının dəyişməsini əks etdirir.
Məlumata görə, ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün yaradılmış çoxmillətli qrupdan çıxır.
Qeyd edək ki, ABŞ 2023-cü ildə Rusiya və müttəfiqlərinin hərəkətlərini araşdıran qrupa qoşulub. ABŞ Avropadan kənarda qrupla aktiv şəkildə əlaqə saxlayan və istintaqda iştirak edən yeganə ölkə olub.
Gülşən Şərif