• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Övladlarının əlini yandıran anaya - HÖKM OXUNDU

HADİSƏ

17 Mart 2025 | 13:51

Övladlarının əlini yandıran anaya - HÖKM OXUNDU

Abşeron rayonunda azyaşlı övladlarının əlini yandıran qadın cinayət məsuliyyətinə cəlb edilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 1992-ci il təvəllüdlü Arzu Yusifovaya (soyadlar şərtidir) Cinayət Məcəlləsinin 133.2.4-cü (Əzab vermə - yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsinə əsasən hökm oxunub.

Araşdırmalarla müəyyən edilib ki, Arzu 2016-cı ildə Ruslan adlı şəxslə ailə həyatı qurub. Onların 2017-ci ildə oğul və 2019-cu ildə isə qız övladları dünyaya gəlib. Lakin cütlük 2021-ci ildə boşanıb.

Bir müddət əvvəl isə Ruslan keçmiş həyat yoldaşının övladlarına xəsarət yetirməsini görərək polisə şikayət edib. Faktla bağlı cinayət işi açılıb və Arzu Yusifova barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə qadına 2 il sınaq müddəti verilməklə şərti cəza verilib.


SON XƏBƏRLƏR