• Bakı 26° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Qazi təcili yardım maşınının şüşələrini sındırdı

HADİSƏ

16 Aprel 2025 | 13:00

Qazi təcili yardım maşınının şüşələrini sındırdı

Abşeron rayonunda insident törədilib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən gün Xırdalan şəhərində qeydə alınıb. 

29 yaşlı Zaur Hüseynov çağırışa gələn təcili yardım avtomobilinə xuliqanlıq niyyətilə zərər vurub. O, maşına zərbələr endirərək operativ nəqliyyat vasitəsinin şüşələrini sındırıb.

Ətrafda olan şəxslərin köməkliyi ilə Z.Hüseynovun hərəkətlərinin qarşısı alınıb.

İnsidentlə bağlı polis tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Z.Hüseynov Vətən müharibəsi iştirakçısıdır. 


SON XƏBƏRLƏR

27 Iyun 2025