• Bakı 15° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

14 min manatlıq oğurluq edən şəxs saxlanıldı

HADİSƏ

16 May 2025 | 10:06

14 min manatlıq oğurluq edən şəxs saxlanıldı

Xəzər rayonunda polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində müxtəlif vaxtlarda Şağan, Türkan və Mərdəkan qəsəbələrində evlərdən oğurluq edən 36 yaşlı Elvin Qasımov saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, onun 5 mənzildən ümumi dəyəri 14 min manat olan məişət əşyaları oğurladığı müəyyən edilib.

    Saxlanılan şəxsin əldə etdiyi məişət əşyalarının bəzilərini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birinə satması məlum olub.

    Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. E.Qasımov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

    Cinayət işi üzrə tədbirlər davam etdirilir.

    E.Qasımovun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.


    SON XƏBƏRLƏR