• Bakı 20° C

    14.76 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Goranboyda hərbi maşını qəzaya düşdü

HADİSƏ

14 Iyun 2025 | 15:14

Goranboyda hərbi maşını qəzaya düşdü

Goranboyda yük avtomobili minik maşını ilə toqquşub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun Xan Qərvənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Azərbaycan Ordusuna məxsus "Kamaz" "Chevrolet" markalı minik maşını ilə toqquşub. Qəzadan sonra yük maşını kənd üçün yeni çəkilmiş internet xəttinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və internet xəttinə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./unikal


SON XƏBƏRLƏR

14 Iyun 2025