• Bakı 10° C

    2.48 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sabirabadda DƏHŞƏT: 85 yaşlı anasını...

HADİSƏ

14 Iyul 2025 | 11:49 | Müəllif: Subhan Mahmudov

Sabirabadda DƏHŞƏT: 85 yaşlı anasını...

Sabirabadda oğlu 85 yaşlı anasını döyərək öldürüb.

Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Sabirabad rayonunun Mürsəlli kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 1940-cı il təvəllüdlü Balabikə İslam qızı Zeynalova ötən gün müxtəlif bədən xəsarətləri ilə Sabirabad rayon xəstəxanasına yerləşdirilib. 85 yaşlı qadın aldığı bədən xəsarətlərindən bu gün xəstəxanada ölüb.

İlkin məlumata görə, yaşlı qadın oğlu - 1972-ci il təvəllüdlü Ağamirzə İltimas oğluZeynalov tərəfindən döyülüb.

Həmin şəxs hazırda hüquq mühafizə orqanları tərəfindən dindirilir.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026