• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bakıda AĞIR QƏZA: ölən və yaralılar var

HADİSƏ

14 Iyul 2025 | 09:39 | Müəllif: Subhan Mahmudov

Bakıda AĞIR QƏZA: ölən və yaralılar var

Bakıda iki avtomobil toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi "Skoda Rapid" markalı avtomobilin toqquşub.

Nəticədə "Kia Rio" markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də "Skoda Rapid" markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər - 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026