• Bakı 15° C

    9.09 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Həyat yoldaşını və qayınatasını öldürən şəxsə HÖKM OXUNDU

HADİSƏ

16 May 2025 | 11:34

Həyat yoldaşını və qayınatasını öldürən şəxsə HÖKM OXUNDU

Bakıda həyat yoldaşını və qayınatasını öldürməkdə təqsirləndirilən Hikmət Ələkbərovun cinayət işi üzrə məhkənin yekun prosesi keçirilib.

Bakıvaxtı.az apa-ya istinadən  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkənin hüquqi varisi - Bənövşə Əkbərovanın anası ərizə ilə müraciət edərək uşaqların dövlət himayəsinə verilməsini xahiş edib.

    Qeyd olunub ki, Abşeron rayon icra başçısının ötən il imzaladığı sərəncama əsasən, uşaqların qəyyumu qismində Hikmət Əkbərovun anası tanınıb.

    Daha sonra dövlət ittihamçısı çıxış edərək Hikmət Əkbərovun ömrlük azadlıqdan məhrum edilməsini təklif edib. Təqsirləndirilən şəxsin vəkili onun 4 övladının olmasının nəzərə alınmasını və daha yüngül cəza verilməsini xahiş edib. Zərərçəkənin anası barışıq olmadığını və ittiham olunan şəxsə ən ağır cəzanın verilməsini istəyib.

    Hikmət Əkbərov son sözündə övladlarının dövlət himayəsinə verilməməsini xahiş edib.

    Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Hikmət Ələkbərov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək. Hökmə əsasən, onun övladları anasının qəyyumluğunda qalacaq.

    Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. İttihama görə, 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu, sonra isə 27 yaşlı həyat yoldaşı Bənövşə Əkbərovanı bıçaqlayaraq öldürüb.

    Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib. Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb.

    Hikmət Ələkbərova Cinayət Məcəlləsinin 120,2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürəm), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham elan olunub.


    SON XƏBƏRLƏR