• Bakı 15° C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Deputat narkotiklərlə bağlı cəzalardan danışdı

SİYASƏT, HADİSƏ

16 May 2025 | 13:19

Deputat narkotiklərlə bağlı cəzalardan danışdı

Ölkədə narkotiklə bağlı cəza ağırlaşdırılmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

Deputat nəzərə çatdırıb ki, ölkə qanunvericiliyinə görə narkotiklə bağlı azadlıqdan məhrumetmə cəzası 8 ildən 15 ilə qədərdir. 

"Ümumilikdə, onlarla insan narkotik səbəbindən həbs olunur. Bunları xəbərlərdə də görürük. 15-30 kiloqram narkotik tutulur. Bu hələ görünən hissədir. Bu məsələyə daha ciddi yanaşmağa ehtiyac var. Narkotikin keçirildiyi ölkələrdən biri də İrandır ki, orada narkotiklə bağlı ölüm hökmü var. Azərbaycanda düzdür, ölüm hökmü yoxdur. Amma bununla bağlı cəzalar daha da sərtləşdirilməlidir".

Mina Mikayılova


SON XƏBƏRLƏR