• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Mühafizəçi marketdə müdir müavininin burnunu sındırdı

HADİSƏ

16 May 2025 | 12:35

Mühafizəçi marketdə müdir müavininin burnunu sındırdı

Bakıda restoranın mühafizəçisi “Rahat” marketin müdir müavinini döyərək burnunu sındırıb.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, M.Davutoğlu küçəsində yerləşən “Rahat” marketdə baş verib.

“Mətin” şadlıq sarayının mühafizəçisi Elnur mağazanın müdir müavini Tamerlanı döyüb. Buna səbəb market işçisinin Elnurun istəyi ilə 100 manatlıq əsginası xırda əsginaslarla dəyişməməsi olub.

Belə ki, şadlıq sarayındakı toy məclisindən sonra restoranın direktorundan aldığı 100 manatı xırdalamaq üçün marketə gələn mühafizəçi “yox” cavabı alıb. O, restorana geri qayıdandan sonra iş yoldaşı ilə birgə marketə yenidən gəlib.

O, iki ədəd pivə almağı və 100 manatı xırdalamağı təklif edib. Onlar marketə gələrək iki pivə alıblar. Tamerlan iki pivənin pulunu 100 manatdan çıxıb. Bu zaman Elnur market işçisinə “mən istəyəndə deyirdin xırdam yoxdur. Sən yaxşı oğlan deyilsən” deyə irad bildirib. O isə kassada olan xırda əsginasların özlərinə lazım olduğunu deyib. Bu zaman mübahisə başlayıb. Elnur əvvəlcə Tamerlanın burnunu yumruqla sındırıb. Sonra marketdə olan süpürgə ilə zərbələr endirib. Hadisə nəzarət kameralarına da düşüb.

Evdə Tamerlanın vəziyyətini görən atası digər oğlunu da götürərək restorana gəlib. Bu zaman da mübahisə düşüb və Elnuru oradan uzaqlaşdırıblar.

Mühafizəçiyə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.

Məlum olub ki, Tamerlan əvvəlcə üzrxahlığını qəbul etməsə də, sonradan onu bağışlayıb. Məhkəmənin hökmü ilə Elnur şərti cəza alıb. O, istintaq zamanı da ev dustaqlığında idi.


SON XƏBƏRLƏR