• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Biləsuvar sakinini ildırım vurdu

HADİSƏ

16 May 2025 | 09:06

Biləsuvar sakinini ildırım vurdu

Biləsuvar rayon sakinini ildırım vurub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1981-ci il təvəllüdlü Ramin Bəşirov əkin sahəsində olan zaman yağış yağıb. Daha sonra o, yağışdan qorunmaq üçün ağac altına sığınıb. Bu zaman R.Bəşirovu ildırım vurub.

Bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarəti alan R.Bəşirov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026