• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Rayonlara avtobus və qatarla gedənlərin NƏZƏRİNƏ: Bayram günlərində əlavə reyslər...

CƏMİYYƏT

17 Mart 2025 | 11:55

Rayonlara avtobus və qatarla gedənlərin NƏZƏRİNƏ: Bayram günlərində əlavə reyslər...

Mart ayının 20-31-i tarixlərində Novruz və Ramazan bayramları əlaqədar qeyri-iş günləri olacaq.

Bayram tətili günlərində rayonlara gediş-gəliş adi günlərdən qat-qat çox olur.

Bakıvaxtı.az "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin bayram günlərində necə işləyəcəyi ilə maraqlanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bakıvaxtı.az-ın sorğuusna cavab olaraq bildirib ki, QSC-nin bütün strukturları bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, artan sərnişin tələbatı nəzərə alınaraq, 18-31 mart tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə 28 əlavə reys təyin edilib. Əlavə reys üzrə qatar hər gün saat 09:15-də Bakıdan Ağstafaya, saat 17:00-da isə Ağstafadan Bakıya yola düşəcək. Bayram günlərində Bakı-Ağstafa-Bakı xətti üzrə hərəkət edən sürətli qatarlar ənənəvi qrafiklə də fəaliyyətini davam etdirəcək.

"20-31 mart tarixlərində Bakı–Qəbələ–Bakı marşrutu üzrə isə 20 əlavə reys təyin edilib. Qatar Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.

Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayının artırılması nəzərdə tutulub.

20-31 mart tarixlərində Abşeron dairəvi dəmiryol xətti üzrə isə qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun fəaliyyət göstərəcək",- deyə qurumdan məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz və Ramazan bayramları günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 19-dan 31-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.

"Qeyd edək ki, hazırda portala 80 istiqamət, 51 məntəqə, 311 reys olmaqla, 357 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir".- sorğumuza cavab olaraq bildirilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR