İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (13.03.2025- 16.03.2025) açıqlanıb.
ANAMA-dan Bakıvaxtı.az-a bildirilib ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Məlumata görə, 16 510 969 kv.m, yaxud 1651,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.