Milli Məclisin deputatlarının səlahiyyəti artırılmalıdır.
Bakıvaxtı.az-ın xəbərinə görə, bunu Milli Məclisin İnsan Hüquqları Komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran deyib.
“Sənin hünərin çatır, ay nazir, nazirlər camaatın içinə çıxmağa? Get, sən özün camaatın içinə çıx. Xalqın əli çatan deputatdır. Bizim də səlahiyyətimiz yoxdur. Qurumlar bizə deyir ki, siz yol çəkən deyilsiniz! Bəs bizi niyə rayonlara göndərirsiniz? Niyə camaatın içinə bizi göndərirsiniz? Deyirlər, gedin camaatı dinləyin. Dinləyirik, bizə deyirlər ki, iş ver”, - deyə deputat qeyd edib.
















