• Bakı 16° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Bayram günlərində “ASAN xidmət” necə işləyəcək? - RƏSMİ

CƏMİYYƏT

17 Mart 2025 | 12:53

Bayram günlərində “ASAN xidmət” necə işləyəcək? - RƏSMİ

Novruz və Ramazan bayramları ilə əlaqədar  20, 21, 22, 23, 24 həmçinin 29, 30 və 31 mart tarixində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:

"Mərkəzlərdə 25, 26, 27, 28 mart tarixlərində isə iş günü olacaq".

"1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar 7 aprel 2025-ci il tarixinədək fəaliyyətini qismən məhdudlaşdırılmış formada davam etdirəcək",- deyə E.Niftəliyev qeyd edib.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR