• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Mehdi Kərrubi ev dustaqlığından azad edilir

DÜNYA

17 Mart 2025 | 16:50

Mehdi Kərrubi ev dustaqlığından azad edilir

İran müxalifətinin lideri 87 yaşlı Mehdi Kərrubi 14 il davam edən ev dustaqlığından azad olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

2009-cu ildə prezident seçkilərinin nəticələrinə etiraz edən Kərrubi 2011-ci ildən ev dustaqlığında saxlanılırdı. Onun oğlu Hüseyn Kərrubi atasına qarşı məhdudiyyətlərin məhkəmə hakimiyyətinin qərarı ilə bu gün aradan qaldırıldığını bildirib.

    Bununla yanaşı, təhlükəsizlik qüvvələri aprelin 8-dək onun evində qalaraq mühafizəni təmin edəcəklər.

    Kərrubinin siyasi müttəfiqi, keçmiş baş nazir Mirhüseyn Musəvinin də yaxın aylarda ev dustaqlığından azad ediləcəyi gözlənilir.

    İran Prezidenti Məsud Pezeşkian seçki kampaniyasında hər iki siyasətçinin azad olunacağına söz vermişdi.


    SON XƏBƏRLƏR