• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Peskov: Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratoriumun müddəti ilə bağlı hələ qərar yoxdur

DÜNYA

16 Aprel 2025 | 14:43

Peskov: Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan moratoriumun müddəti ilə bağlı hələ qərar yoxdur

Kreml hələ Rusiyanın Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan müvəqqəti moratoriumun müddətinin başa çatması barədə məlumat verməyə hazır deyil.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.

"Biz sizə məlumat verəcəyik. Hələlik qəbul edilmiş qərar barədə sizə məlumat verməyə hazır deyiləm", - D.Peskov jurnalistlərə bildirib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın arasında martın 18-də aparılan danışıqdan sonra Kreml Ukraynanın enerji obyektlərinə zərbələrə qoyulan 30 günlük müvəqqəti moratoriumun tətbiq edildiyi barədə məlumat vermişdi.


SON XƏBƏRLƏR

18 Aprel 2025