Berlin prokurorluğu 40 yaşlı palliativ tibb həkimini azı 15 nəfəri öldürməkdə ittiham edib.
Bu barədə Bakıvaxtı.az-a TASS-a istinadən xəbər verir, bu barədə qurumun saytında dərc edilmiş məlumatda deyilir.
Hazırda istintaq daha 75 şübhəli hadisəni yoxlayır, qurbanların sayının daha çox olması istisna edilmir. Prokurorluğun məlumatına görə, o, 2021-ci il sentyabrın 22-dən 2024-cü il iyulun 24-nə qədər olan dövrdə xəstələri öldürüb. O, onlara anestetik və əzələ relaksantı tətbiq edib.
Prokurorluq hesab edir ki, həkim "alçaq niyyətlərlə" hərəkət edərək, aşkar şəkildə köməksiz vəziyyətdə olan şəxsləri öldürüb. Şübhəli 2024-cü ilin avqust ayından istintaq təcridxanasında saxlanılır.
Qeyd edək ki, “palliativ” tibbi termini latınca palio (örtürəm, qoruyuram) sözündən olub, xəstəyə müvəqqəti yüngüllük gətirən, lakin xəstəliyin tam sağalmasına hədəflənməyən dərman müalicəsi və yaxud cərrahi əməliyyat deməkdir.