• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

XİN başçısı: Aİ Ermənistana 20 milyon avro vəsaitin ayrılması məsələsini nəzərdən keçirir

DÜNYA

16 Aprel 2025 | 14:32

XİN başçısı: Aİ Ermənistana 20 milyon avro vəsaitin ayrılması məsələsini nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondundan Ermənistana təqribən 20 milyon avro məbləğində vəsaitin ayrılmasını müzakirə edir.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ararat Mirzoyan İrəvanda sloveniyalı həmkarı Tani Fayonla birgə mətbuat konfransında bildirib.

"Keçən il bu məbləğ 10 milyon avro idi, bu il isə bir qədər, yəni iki dəfə çoxdur", - o qeyd edib.

T.Fayon Ermənistan silahlı qüvvələrinə vəsaitin ayrılması təklifini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, bunun üçün yekdil qərar qəbul edilməlidir.

Ötən ilin iyulunda Aİ Avropa Sülh Fondundan Ermənistana çadır düşərgəsi üçün 10 milyon avro məbləğində yardım ayırmışdı.


SON XƏBƏRLƏR

18 Aprel 2025