“Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayıb ictimaiyyətə təqdim edib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanı”nın onlayn platformasının təqdimatında Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, bu imtahan üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılmayıb və müəyyən mütəxəssislər bu prosesdə iştirak edib.
“Bu imtahan bizə imkan verəcək ki, biz sosial təbəqələrdə Azərbaycan dilinin hansı səviyyədə olduğunu bilək. İmtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əminəm. Hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıram”,- deyə DİM-in İdarə Heyətinin sədri qeyd edib.
Mina Mikayılova