• Bakı 16° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

DÜNYA

17 Mart 2025 | 16:45

Sülh müqaviləsində Ermənistan üçün təhlükə yoxdur - Simonyan

“Sülh müqaviləsi layihəsində Ermənistan üçün təhlükəli məqamlar yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün, martın 17-də jurnalistlərlə söhbətində deyib.

“Orada bütün məqamlar ikitərəflidir. Təhlükəli məqam olduğunu deyirsənsə, o, Azərbaycan üçün də eyni dərəcədə təhlükəlidir”.

Sülh sazişinin mətninin nə vaxt dərc olunacağı ilə bağlı danışan spiker deyib: “Nəşrin vaxtını və məntiqini anlayıb məqamı çatanda dərc edəcəyik. Məsələ Azərbaycanın bunu dərc edib-etməyəcəyində deyil.

Müxtəlif yollarla mövcud olan problemlərdən, qorxulardan özümüzü sığortalaya biləcəyimizə qərar verdik və həllini tapdıq". 

"Nəşrlə bağlı müzakirələr olacaq, Ermənistanın Azərbaycana atəş açmadığını, Ermənistanın ərazi ambisiyalarının olmadığını, Ermənistanın beynəlxalq tərəfdaşlar üçün də etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirmək üçün birtərəfli qaydada heç nə etmək istəmirik”, - Alen Simonyan bildirib.


SON XƏBƏRLƏR