• Bakı 14° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycanda qadın prokuror qəzaya düşdü - YENİLƏNİB

HADİSƏ

17 Mart 2025 | 14:53

Azərbaycanda qadın prokuror qəzaya düşdü - YENİLƏNİB

Xızı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 10:30 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunan şəxslərə ilkin tibbi yardımlar göstərilib.

Bu barədə Bakıvaxtı.az TƏBİB-ə istinadla xəbər verir.

    Məlumata görə, 2 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün Bakıdakı tibb müəssisəsinə təxliyə olunub.

    Xəsarət alanların hər birinin hazırda ətraflı diaqnostik müayinələri aparılır.

    ***

    12:09

    Xızının prokuroru yol qəzasına düşməsi ilə bağlı araşdırma aparılır. 

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Qeyd olunub ki, bu gün səhər saat 09 radələrində Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. 

    Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xəsarəti alıb.

    Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir.

    Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.

    ***

    11:55

    Xızı rayonunda yol qəzası baş verib.

    Bakıvaxtı.az APA-ya istinadən xəbər ki, “Toyota” markalı avtomolbil “Niva” markalı avtomobillə toqquşub.

      Xəsarət alanların olduğu bildirilir.

      Qəzada xəsarət alanlardan birinin Xızı rayon prokuroru Xəyala Aslanova olduğu bildirilir.

      Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlətinin qənaətbəxş olduğu bildirilir.


      SON XƏBƏRLƏR