Xəbər verdiyimiz kimi, "Jurnalistlər binası" qarşısındakı işıqfor bir müddət işləməyib.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) bildirib ki, işıqforun fəaliyyəti qısa müddətdə bərpa olunub.
Mərkəz qeyd edib ki, işıqforun dayanmasına səbəb qurğularda problem deyil, elektrik enerjisi verilişinin obyektiv səbəblərdən dayandırılması olub.
Əli Hüseynov
***
07:08
Səbail rayonu Yeni Salyan yolu 22-də ("Jurnalistlər binası"nın qarşısında) işıqfor işləməyib.
Bakıvaxtı.az xəbər verir ki, adıçəkilən ərazidə yerləşən işıqfor şəhər saatlarında xarab olub.
Hadisə səbəbindən ərazidə avtomobil hərəkətində sıxlıq yaranıb.
İşıqforun işləməməsi keçiddə təhlükəli vəziyyət yaradıb.
Əli Hüseynov

















