• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

İranda iki nəfər edam edildi

DÜNYA

31 Mart 2026 | 10:43

İranda iki nəfər edam edildi

İranda terrorçuluqda ittiham olunan iki nəfər edam olunub.

Bakıvaxtı.az xəbər verir ki, Babək Əlipur və Puya Qəbadi Ali Məhkəmənin qərarı üzrə edam ediliblər.

Həmin şəxslər terror qruplaşmasının üzvü olmaqda, odlu silahlarla, o cümlədən qumbaraatanlarla həssas və ictimai məkanlara hücum etməkdə təqsirli biliniblər.

Yanvar aksiyalarında iştirak edən Babək Əlipur və Puya Qəbadinin “Mücahidine-xəlq” qruplaşmasının üzvü olduqları bildirilir.

Qeyd edək ki, İran “Mücahidine-xəlq” qruplaşmasını terror təşkilatı kimi tanıyır.


SON XƏBƏRLƏR

30 Mart 2026