• Bakı 12° C

    4.78 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

"Hörmüz boğazının bağlanmasına imkan verməyəcəyik"

DÜNYA

31 Mart 2026 | 11:27

Hörmüz boğazının bağlanmasına imkan verməyəcəyik

Vaşinqton İranın Hörmüz boğazı üzərində suverenlik iddialarını qəbul etmir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "Al Jazeera" telekanalına müsahibəsində deyib.

“Yalnız ABŞ üçün deyil, ümumiyyətlə dünya üçün Hörmüz boğazı üzərində suverenlik iddiaları qəbuledilməzdir”, – o bildirib.

Rubionun sözlərinə görə, belə bir addım təhlükəli presedent yarada bilər: “Bu, inanılmaz bir presedent yaradır. Ölkələr beynəlxalq su yollarını ələ keçirib özlərinə aid elan edə bilərlər”.

Rubio vurğulayıb ki, Hörmüz boğazı istənilən halda açıq qalacaq: “Hörmüz boğazı bu və ya digər şəkildə açıq qalacaq”.

Dövlət katibi əlavə edib ki, əks halda İran “real nəticələrlə” üzləşə bilər.


SON XƏBƏRLƏR

30 Mart 2026