• Bakı 15° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

AYNA: Taksi xidmətlərinin qiymətləri rəqabət şəraitində formalaşır

CƏMİYYƏT

17 Mart 2025 | 15:47

AYNA: Taksi xidmətlərinin qiymətləri rəqabət şəraitində formalaşır

Azərbaycanda taksi xidmətlərinin qiymətləri rəqabət şəraitində formalaşır.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov bildirib.

"Taksi xidmətinin keyfiyyəti təkcə sərnişini daşıyan avtomobilin nə qədər rahat və ya yeni olmasından deyil, daha çox sürücünün peşəkarlığından və mədəniyyət səviyyəsindən, onun yol hərəkəti və təhlükəsizlik qaydaları haqqında biliklərindən asılıdır. Bakıda taksi xidməti sahəsində islahatlar prosesində mühüm amillərdən biri də taksi sürücülərinin və ya bu sahədə fəaliyyətə başlamaq istəyən şəxslərin təlimlərə cəlb edilməsi, imtahan verərək şəhadətnamə, daha sonra isə icazə sənədlərini – buraxılış vəsiqəsi və kartlarını almasıdır: “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktları üzrə xüsusi hazırlıq keçməlidirlər. Ötən ildən bu proses uğurla icra olunur”, - deyə o qeyd edib.

AYNA rəsmisi vurğulayıb ki, bütün bu işlər taksi xidməti sahəsində mühüm dəyişikliklərə, o cümlədən sürücülərin davranış mədəniyyəti və peşə etikası kimi aktual məsələdə vəziyyəti xeyli yaxşılaşdırmağa imkan verib: “Odur ki, sərnişindaşımanın bu sektorunun tənzimlənməsi çərçivəsində təşkil olunan təlimlər və imtahanlar xidmət səviyyəsinin və taksi xidmətlərindən vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiyməti taksi operatorları rəqabət şəraitində formalaşdırır”.


SON XƏBƏRLƏR