• Bakı 16° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Sərdar Cəlaloğlu qəza törədib? - "Onları məhkəməyə verəcəm"

HADİSƏ

17 Mart 2025 | 12:35

Sərdar Cəlaloğlu qəza törədib? - Onları məhkəməyə verəcəm

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu avtoqəza törədib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.

Hadisə martın 15-də, səhər saatlarında Rəşid Behbudov küçəsində baş verib. İddia olunur ki, partiya sədri mopedi vurub.

Məsələ ilə əlaqədar Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. Partiya sədri bildirib ki, böyüdüləcək hadisə baş verməyib:

“Sadəcə olaraq moped sürücüsü qırmızı işıqda önümdən keçəndə baqajı avtomobilimə ilişdi, və aşdı. Ciddi bir hadisə olmadı. Mən hadisə yerinə polis çağırmağı təklif etsəm də, moped sürücüsü günahın onda olduğunu bildirərək istəmədi. Haqqımda yayılan məlumatlar mənə qarşı qərəzli münasibəti olanlar tərəfindən yayılıb. Qoy yazsınlar, onların hamısını məhkəməyə verəcəm”.


SON XƏBƏRLƏR