“Barselona”nın müdafiəçisi İniqo Martines İspaniya millisinin heyətindən çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu sağ dizindəki zədə (menisküs ətrafının iltihabı) səbəbindən qarşıdakı oyunlar üçün İspaniya millisinə kömək edə bilməyəcək.
Milli komandanın baş məşqçisi Luis de la Fuente onun yerinə komandaya “Bornmut”dan Dekan Heyseni dəvət edib.
Qeyd edək ki, İspaniya millisi martın 20-də və 23-də UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Niderland yığması ilə iki görüş keçirəcək.