Fransa millisinin və İspaniyanın "Atletiko" klubunun futbolçusu Antuan Qrizmann karyerası ilə bağlı qərar verib.
Bakıvaxtı.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu müqavilənin müddətini uzatmaqla bağlı Madrid təmsilçisi ilə razılığa gəlib.
Təcrübəli oyunçunun maaşında azalma olacaq. ABŞ-nin "Los-Anceles" klubu onu heyətinə cəlb etmək istəsə də, danışıqlar müsbət yekunlaşmayıb.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone də forvardı saxlamaq üçün klubdan mümkün olan hər şeyi etməyi xahiş edib.
Qeyd edək ki, Antuan Qrizmann karyerası ərzində paytaxt təmsilçisində 435 oyuna çıxıb, 197 qol və 91 məhsuldar ötürmə ilə yadda qalıb.