• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib - FOTOLAR

SİYASƏT

17 Mart 2025 | 19:22

Azərbaycan və Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib - FOTOLAR

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının 22-ci iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

İclasın açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak ediblər.

S.Qafarova və V.Matviyenko salamlama nitqlərində parlamentlərarası əlaqələrin əhəmiyyətindən söhbət açıblar. Hər iki spiker deputatların parlamentlərarası əməkdaşlıq komissiyası çərçivəsində fəaliyyəti barədə öz fikirlərini bölüşüblər.

Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna Rusiya Federal Məclisi Federasiya Şurasının “Parlamentarizmin inkişafındakı xidmətlərinə görə” fəxri nişanı təqdim edilib.

Sonra Azərbaycan-Rusiya Parlamentlərarası Komissiya öz işini davam etdirib.

Komissiyanın həmsədrləri – Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin gündəlikdəki məsələlər barədə məlumat veriblər.

İclas iştirakçıları təqdim edilən məsələlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası komissiyasının 22-ci iclası başa çatıb.

Tədbirdə parlamentlərarası komissiyanın Azərbaycan və Rusiya tərəfindən üzvləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


SON XƏBƏRLƏR

17 Mart 2025