• Bakı 12° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Almatıda beynəlxalq simpozium keçirildi

MƏDƏNİYYƏT

17 Mart 2025 | 19:18

Almatıda beynəlxalq simpozium keçirildi

Türk Mədəniyyəti və İrsi Fondu M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun, Azərbaycan Respublikası UNESKO və İSESKO məsələləri üzrə Milli Komissiyasının iştirakı ilə 12-13 mart 2025-ci il tarixində Qazaxıstanın Almatı şəhərində “Dünya xalqlarının mədəni irsi: etnomusiqi, etnofor, etnoqraf” mövzusunda beynəlxalq elmi-praktik simpozium keçirib.

Türk Mədəniyyəti və İrsi Fondundan Bakıvaxtı.az-a verilən məlumata görə, tədbir qazaxıstanlı etnoqraf alim A.V. Zatayevicin "Qazax xalqının 1000 mahnısı" adlı toplusunun 100 illiyinə həsr olunub.

Simpozium çərçivəsində “Zatayevicin irsi XX-XXI əsrlər fəlsəfi-mənəvi məkanında: elm – mədəniyyət – cəmiyyət” kitabının təqdimatı da keçirilib və «Alpamıs batır» dastanının çoxmillətli nominasiya üzrə ekspertlərinin yekun görüşü təşkil olunub.

Xatırladaq ki, Fond 2024-cü ildən etibarən ümumtürk qeyri-maddi mədəni irsinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində fəaliyyətə başlayıb.


SON XƏBƏRLƏR

17 Mart 2025