• Bakı 10° C

    9.96 m/s

  • USD - 1.7

    EUR - 1.9245

    RUB - 2.0345

Əliqismət Lalayev vəzifədən ayrılma səbəbini AÇIQLADI 

MƏDƏNİYYƏT

12 Aprel 2025 | 17:37

Əliqismət Lalayev vəzifədən ayrılma səbəbini AÇIQLADI 

“Öz xahişimlə başqa işə keçmək istəyim doğrudur”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının keçmiş direktoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əliqismət Lalayev yenizaman.az-a bildirib.

“Öz xahişimlə başqa işə keçmək istəyim doğrudur. Bu barədə Mədəniyyət naziri Adil Kərimliyə müraciət etmişdim və o da xahişimi nəzərə aldı. Mən də çox razıyam”, – deyə Lalayev bildirib.

Əliqismət Lalayev yeni direktor Aqil Bəhramlı barədə müsbət fikirlər səsləndirib:

“Aqil müəllimi uzun illərdir tanıyıram. Bacarıqlı və işgüzar insandır. Onun rəhbərlik etdiyi Gəncə Teatrı beynəlxalq səviyyədə tanınır. Əminəm ki, Musiqili Teatrda da uğurlar əldə edəcək”.

Yeni iş yeri ilə bağlı konkret məlumat verməyən Əliqismət Lalayev yalnız “Hər şey yaxşılığa doğrudur” deməklə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Adil Kərimli bu barədə əmr imzalayıb.

Nazirin digər əmri ilə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı Akademik Musiqili Teatrına yeni direktor təyin edilib.

Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev 6 may 2008-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin əmrinə əsasən, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı) direktoru vəzifəsinə təyin olunub.


SON XƏBƏRLƏR

12 Aprel 2025